Vaxtı bitib

İnşaat mühəndisi

  • Bakı, BADAMDAR ŞOSESİ 18, QURD QAPISI
  • Mühəndis
  • 09 fevral 2026
  • 2 142 baxış
  • Maaş 1000 - 1200 AZN +bonus
  • İş rejimi Tam-ştat
  • Təhsil Ali
  • Təcrübə 3 ildən 5 ilə qədər
  • Bitmə tarixi 21 mart 2026
Diqqət!

Bu elanın vaxtı bitib. İnşaat mühəndisi vakansiyaları üçün bura keçid edin!

Vakansiya haqqında

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Əmək haqqı: 1000–1200 AZN + Bonus
  • İş yeri: Bakı və/və ya layihə sahələri (layihədən asılı olaraq ezamiyyət mümkündür)

Vəzifənin məqsədi:

Layihələrin sahədə icrasını texniki sənədlərə uyğun təşkil etmək, sifarişçi ilə operativ koordinasiya aparmaq, sahə komandasını idarə etmək, texniki ofisə düzgün və vaxtında məlumat/sənədləşmə təqdim etməklə layihənin vaxt və material planına uyğun irəliləməsini təmin etmək.

Əsas vəzifə öhdəlikləri:

  • Sahədə Sifarişçi/Nəzarətçi ilə gündəlik koordinasiya, iclaslarda iştirak, razılaşdırılmış qərarların icrasına nəzarət
  • Şirkətin sahə işçiləri/briqadaların işinin təşkili, tapşırıqların bölgüsü və icraya nəzarət
  • Layihə sənədləri və çertyojlara əsasən işlərin icrasının yoxlanması; ölçülərin götürülməsi və görülmüş iş həcmlərinin təsdiqi
  • Layihənin vaxt qrafikinə uyğun icrasına nəzarət; gecikmə risklərini müəyyən edib tədbir planı hazırlamaq və rəhbərliyə təqdim etmək
  • Material planı və sərfiyyatı: material ehtiyacının planlanması üçün texniki ofisə məlumat ötürmək, sahədə materialların qəbul/yoxlanması, sərfiyyatın izlənməsi
  • Texniki ofisə operativ məlumat axını: gündəlik/həftəlik progress məlumatı, foto-hesabatlar, ölçü cədvəlləri və icra qeydləri
  • Sənədləşdirmə: iş jurnalları, icra aktları, yoxlama sənədləri, təhvil və “as-built” məlumatlarının toplanması və sistemləşdirilməsi
  • Keyfiyyət və təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət (daxili prosedurlar/HSE ilə koordinasiya)

Namizədə tələblər (mütləq):

  • Ali təhsil: İnşaat mühəndisliyi (və ya uyğun sahə)
  • Dil bilikləri: İngilis dili və rus dili yaxşı səviyyədə olması arzu olunandır.
  • Minimum 3–4 il sahə təcrübəsi (tikinti icrası və komanda koordinasiyası)
  • AutoCAD bilikləri (mütləq)
  • Tikinti norma və standartları, iş ardıcıllığı və texnoloji proseslər üzrə güclü biliklər
  • Layihə sənədlərinin və texniki rəsmlərin dəqiq oxunması və düzgün şərh olunması bacarığı
  • Effektiv komanda idarəetməsi, yüksək məsuliyyət hissi və operativ qərarvermə bacarığı
  • Sifarişçi ilə yazılı/şifahi kommunikasiya və sahədə problem həll etmə bacarığı

Üstünlükdür:

  • Revit / Civil 3D / Microsoft Project bilikləri
  • Texniki ofis-sahə koordinasiyası, planlama və hesabatlılıqda sistemli yanaşma

Biz nə təklif edirik:

  • Layihə əsaslı və ya illik performans bonusları (min 1 maaş və üzəri).
  • Yerli və beynəlxalq layihələrdə təcrübə və inkişaf etmə fürsəti
  • Yuxarı səviyyə rəhbərliklə sıx əməkdaşlıq
  • Rəqabətli əmək haqqı və nəticəyə əsaslanan inkişaf imkanları

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

İnşaat mühəndisi üzrə əməkdaş axtarırsınız?

Minlərlə şəxs İnşaat mühəndisi vakansiyası üçün vebsaytımızda iş axtarır. Elə indi 1 kliklə vakansiya yarada bilərsiniz

Gələcək İnşaat mühəndisi vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

2

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ