Vakansiya haqqında
“Suntour Azerbaijan DMC” şirkətinə “incoming manager” tələb olunur:
Öhdəliklər:
- Daxili turların hazırlanması, fərdi və qrup turların təşkili;
- Xarici və daxili partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq;
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
- Həftəlik və aylıq satış hesabatlarının hazırlanıb rəhbərliyə təqdim edilməsi;
- Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması.
NAMİZƏDƏ TƏLƏBLƏR
- Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək (rus dili arzuolunandır);
- Kompüter proqramlarında işləmək bacarığına malik olmaq (MS Office, MS Outlook və s.);
- Səlis və işgüzar danışıq bacarığına malik olmaq;
- Yüksək ünsiyyət qurma bacarığına malik olmaq;
- Məsuliyyətli və diqqətli olmaq;
- Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!