Həyat sığortası idarəsninin mütəxəssisi

Həyat sığortası idarəsninin mütəxəssisi

Ateshgah Sigorta

Vaxtı bitmiş

600 - 1000 AZN

Diqqət! Bu elanın vaxtı bitib. Həyat sığortası idarəsninin mütəxəssisi vakansiyaları üçün bura daxil olun.

Elan № 4731

Həyat sığortası idarəsninin mütəxəssisi vakansiyaları

Həyat sığortası idarəsninin mütəxəssisi vakansiyaları

12 Yanvar 2021

Elan tarixi

11 Fevral 2021

Bitmə tarixi

2453

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

1 ildən 3 ilə qədər

İş stajı

600 - 1000 AZN

Əmək haqqı AZN

Tam-ştat

İş rejimi

Marketinq

Sahə

İş barədə məlumat

Əsas vəzifə öhdəlikləri

• Potensial müştərilərin axtarışını həyata keçirmək
• Potensial müştərilər bazasını tərtib etmək
• Potensial müştərilərlə görüşlərin keçirilməsində müstəqil şəkildə iştirak etmək, müştərilərin tələblərinə uyğun olaraq sığorta proqramlarının təşkil edilməsinə dair məsləhətlər vermək
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
• Zəruri hallarda lazım olan sənədləri azərbaycan, ingilis və ya rus dillərinə tərcümə etmək
• Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri Şirkətlə əməkdaşlıq etməyə dəvət etmək
• Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 17:30
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
• Sabit əmək haqqı 600 -1000 AZN (Korporativ satış təcrübəsinə əsasən təyin olunacaq)

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Həyat sığortası idarəsinin mütəxəssisi qeyd etmələri xahiş olunur.

NamİZƏDƏ TƏLƏBLƏR

Namizədə tələblər

• Yaş: 22-32
• Təhsil: Ali (İqtisadiyyat və riyyaziyyat fakultəsini bitirən şəxslərə üstünlük verilir)
• İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq Ingilis dili (arzuolunadır)

Şəxsi keyfiyyətlər

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 4731

Həyat sığortası idarəsninin mütəxəssisi vakansiyaları

Həyat sığortası idarəsninin mütəxəssisi vakansiyaları

12 Yanvar 2021

Elan tarixi

11 Fevral 2021

Bitmə tarixi

2453

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"