T

Hesabatlar üzrə mütəxəssis

TBC Kredit

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Hesabatlar üzrə mütəxəssis vakansiyaları üçün bura daxil olun.

Elan № 5752

Hesabatlar üzrə mütəxəssis vakansiyaları

Hesabatlar üzrə mütəxəssis vakansiyaları

04 May 2021

Elan tarixi

03 İyun 2021

Bitmə tarixi

1270

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

1 ildən 3 ilə qədər

İş stajı

Tam-ştat

İş rejimi

Maliyyə

Sahə

Maliyyə analiz

Kateqoriya

İş barədə məlumat

TBC Kredit - Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.

İşəgötürən olaraq TBC Kredit peşəkarlar komandası yaradır, onların ixtisasının artırılmasının, motivasiyasının və sosial müdafiəsinin qayğısına qalır.

Hazırda TBC Kredit BOKT Hesabatlar üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

Öhdəliklər:

• Həmkarları və müştəriləri ilə şəffaf və açıq ünsiyyət qurmalı;
• Komanda oyunçusu olmalı və kömək etmək üçün hər zaman hazır olmalı;
• Təşkilat və müştərilər haqqında olan məlumatları məxfi saxlamalı;
• İşçi məlumat sızmasını aşkar edərsə dərhal birbaşa rəhbərini və təhlükəsizlik şöbəsini xəbərdar etməli;
• Hesabat şöbəsinin gündəlik işlərinin idarə edilməsi;
• Direktorlar heyəti, səhmdarlar və investorlar üçün təqdimatların hazırlanmasında köməklik göstərməli;
• Borcverən və səhmdar təşkilatları üçün aylıq, rüblük və illik hesabatların hazırlanması;
• Müqavilələrdə göstərilən razılaşmanın uyğunluğunun yoxlanılması, aylıq nəticələrin hesabatını maraqlı tərəflərə təqdim edilməsi, gələcək dövrlər üçün proqnozların verilməsi;
• Hər ayın sonunda hazırlanmalı hesabatlar:
o Nəzarətdə olan kreditlərin siyahısı
o NLP hesabatı (geyriqənaitbəxş kreditlər)
o Gecikmə haqqının hesablanması
o Dəyərsizləşməmiş yerli kreditlərin təchizatının hesablanması
o Maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyyat məbləğlərinin hesablanması
o Kreditlərin restrukturizasiyasına dair hesabat
o Kredit portfelinin hesabatı
o GRF hesabatı
o Risklərin qiymətləndirilməsinə dair hesabat və təqdimat
o Digər planlı və xüsusi hesabatlar;
• Milli bank və dövlət statistika komitəsi üçün icbarı hesabatların hazırlanması;
• Müdriyyət tərəfindən tələb olunan aylıq və xüsusi hesabatların hazırlanması;
• Bütün təşkilatın hesabatlarının sistemləşdirilməsi;
• Büdcə tərtibatında köməklik göstərməsi;
• Kredit müqavilələrinin toplanması və analizi.

NamİZƏDƏ TƏLƏBLƏR

Təhsil: İqtisadi, maliyyə və digər oxşar sahələrdə ali təhsil
İş təcrübəsi: Müvafiq sahədə 1 ildən çox iş təcrübəsi

Dil bilikləri: Azərbaycan və Rus dillərini mükəmməl, İngilis dili yaxşı səviyyədə biliyin olması vacibdir
Kompüter bilikləri: Microsoft Office (Excel və Power Point proqramlarını yüksək səviyyədə bilməli)

Tələblər:

• Yüksək səviyyədə analitik və problem həlletmə bacarığı;
• Yaxşı prioritetləşdirilmə bacarığı;
• Məhdud vaxt şəraitində işləmək bacarığı;
• Detallara diqqət etmək.
• Dürüst və etibarlı olmalı;
• Çevik olmalı.

Xahiş olunur ki, CV-ləri 3 iyun 2021-ci il tarixinədək e-mail (hr@tbckredit.az) vasitəsilə təqdim edəsiniz.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Hesabatlar üzrə mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 5752

Hesabatlar üzrə mütəxəssis vakansiyaları

Hesabatlar üzrə mütəxəssis vakansiyaları

04 May 2021

Elan tarixi

03 İyun 2021

Bitmə tarixi

1270

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"