Əmək münasibətlərinin tənzimlənməsi şöbəsinə mütəxəssis

Əmək münasibətlərinin tənzimlənməsi şöbəsinə mütəxəssis

Bank Respublika ASC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Heyətin idarəolunması

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    27 sentyabr 2021

  • Bitmə tarixi

    27 oktyabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. vakansiyaları üçün bura keçid edin!

Ümumi vəzifə öhdəlikləri:

• Azərbaycan Respublikası Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
• İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin uçotunu aparmaq;
• Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;
• İllik məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
• İR strategiyası və planının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
• Əmr, sərəncam, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunun aparılması;
• İR üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
• Əmək münasibətləri zamanı yaranan münaqişələri və mübahisələrin tənzimlənməsi işində iştirak etmək.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Namizədə tələblər:

• Ali təhsil (İnsan Resurslarının idarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);

• İnsan resurslarının idarə edilməsi sahəsində ən azı 1 il iş təcrübəsi;

• Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;

• Elektron Hökümət Portalları ilə işləmə bacarığı;

• MS Office proqramları üzrə biliklər;

• Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;

• Analitik təhliletmə qabiliyyəti;

• Komandada işləmək bacarığı;

• Operativlik, dəqiqlik və səliqəlilik;

• Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 8 oktyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Əmək münasibətlərinin tənzimlənməsi şöbəsinin mütəxəssisi qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Mənbə: jobsearch.az

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan #843545

  • 1916

Oxşar vakansiyalardan bildiriş al

Əmək münasibətlərinin tənzimlənməsi şöbəsinə mütəxəssis vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox