Əmək Haqqı və Bonuslu Təcrübə Proqramı

Əmək Haqqı və Bonuslu Təcrübə Proqramı

Güvənli MMC

Vaxtı bitmiş

300 AZN

Diqqət! Bu elanın vaxtı bitib. Əmək Haqqı və Bonuslu Təcrübə Proqramı vakansiyaları üçün bura daxil olun.

Elan № 11632

Əmək Haqqı və Bonuslu Təcrübə Proqramı vakansiyaları

Əmək Haqqı və Bonuslu Təcrübə Proqramı vakansiyaları

30 Dekabr 2022

Elan tarixi

29 Yanvar 2023

Bitmə tarixi

2221

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

1 ildən az

İş stajı

300 AZN

Əmək haqqı AZN

Tam-ştat

İş rejimi

Maliyyə

Sahə

İş barədə məlumat

 Əmək Haqqı və Bonuslu Təcrübə Proqramı

“Güvənli” MMC və “Lombardcini” MMC Bakı şəhəri və Astara, Gəncə, Quba, Xaçmaz, Lənkəran, Bərdə, Beyləqan, Tərtər, İmişli, Cəlilabad bölgə filialları üzrə Maaşlı Təcrübə Proqramı elan edir!

“Güvənli” MMC və “Lombardcini” MMC Azərbaycanın ən sürətli inkişaf edən və daim müştərilərinin məmnuniyyətini qazanmış kredit təşkilatı olmaqla yanaşı, gənclərin inkişafı üçün də daim yeni addımlar atmaqdadır. Şirkət xüsusən universiteti bakalavr və magistr dərəcəsi üzrə son 5 il ərzində bitirmiş məzunlar və ya hazırda magistratura pilləsi üzrə təhsil alan gənclər üçün 3 aylıq Maaşlı Təcrübə Proqramı elan edir!

Təcrübə Proqramı məzunlara təhsil zamanı öyrəndikləri nəzəri bilikləri peşəkar iş həyatında tətbiq edərək praktiki biliklərə sahib olmaları, korporativ mühit və biznes prosesləri ilə yaxından tanış olmaları üçün şərait yaradır və eyni zamanda təşkilatın peşəkar təlimçilərindən mentor dəstəyi almaq fürsəti verir.

NamİZƏDƏ TƏLƏBLƏR

Vakansiya haqqında ümumi məlumat:

1.     Təşkilatın kredit məhsullarını təbliğ etmək və müştəriləri cəlb etmək;

2.     Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə ətraflı məlumat vermək;

3.     Kredit portfelinin keyfiyyətinə nəzarət etmək;

4.     Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək.

Öhdəliklər:

·        Təlimlərdə aktiv iştirak etmək;

·        Təlimlərdə keçilənləri mənimsəmək və öz işində tətbiq etmək;

·        Təlimçi və mentorla interaktiv işləmək.

Namizədə olan ilkin tələblər:

·        Ali təhsil müəssisəsini son 5 ildə bitirmiş olmalı;

·        Satış bacarığına malik olmaq;

·        Analitik zəka, müştərilərlə işləmək bacarığı;

·        Riyazi hesablama aparmaq qabiliyyəti;

·        Komanda ilə işləmək bacarığı;

·        Pozitiv ünsiyyət bacarığı;

·        Microsoft Office proqramları ilə işləmək bacarığı.

İş şəraiti və təminatlar:

1.     Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;

2.     Bank kartı ilə aylıq ödəniş;

3.     Maaşdan əlavə bonuslar;

4.     Karyera yüksəlişi.

İş qrafiki:

·        Həftə içi 6 gün;

·        İş saatı: saat 09:00-dan 17:00-a, şənbə günü 10:00-16:00

Qeyd: Təcrübə proqramını uğurla başa vuran hər bir namizəd təşkilatımızda işlə təmin olunacaq.

 Müraciət üçün link: https://qlor.me/lca4xbg2


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 11632

Əmək Haqqı və Bonuslu Təcrübə Proqramı vakansiyaları

Əmək Haqqı və Bonuslu Təcrübə Proqramı vakansiyaları

30 Dekabr 2022

Elan tarixi

29 Yanvar 2023

Bitmə tarixi

2221

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"