S

Direktor köməkçisi

Sumgait Technologies Park LLC

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Direktor köməkçisi vakansiyaları üçün bura daxil olun.

Elan № 4825

Direktor köməkçisi vakansiyaları

Direktor köməkçisi vakansiyaları

24 Yanvar 2021

Elan tarixi

23 Fevral 2021

Bitmə tarixi

2643

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

1 ildən 3 ilə qədər

İş stajı

Tam-ştat

İş rejimi

İnzibati

Sahə

Katibə / Resepşn

Kateqoriya

İş barədə məlumat

Hansı işləri görəcəksiniz :

- Direktorun tapşırığı əsasında sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
- Direktorun iştirak edəcəyi iclaslarının, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi və qrafikinin tərtib olunması;
- Keçirilmiş iclasların / görüşlərin protokolların hazırlanması, qeydiyyatının aparılması və qısa zamanda müvafiq şəxslərə göndərməsini təmin etməli;
- Direktorun qonaqlarının qəbul edilməsi;
- Daxil olan telefon zənglərinin cavablandırılması və adiyyatı üzrə yönləndirilməsi;
- Daxil olan hesabatların toplanması, nəzərdən keçirilməsi və birbaşa rəhbərə təqdim edilməsi;
- Direktorun ölkədaxili və ölkəxarici ezamiyyətləri ilə bağlı məsələlərin vaxtı vaxtında həll edilməsi;
- Direktorun imzasına daxil olan sənədlərin qəbul edilməsi;
- Direktorun tapşırığına əsasən məktublar, sorğular və digər sənədlərin hazırlanması;
- İş yerinin zəruri texniki vasitələr və dəftərxana ləvazimatı ilə təmin edilməsinə nəzarət edilməsi;
- Direktorun tapşırıqlarına əsasən iş üçün zəruri olan materialların çap edilməsi və məlumat bazasına daxil edilməsi;
- Baş direktorun tərəfindən tapşırılan müvafiq vəzifələrin yerinə yetirilməsi.

Nə əldə edəcəksiniz ?

- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Davamlı karyera imkanı;
- Qanunvericiliyə uyğun sənədləşmə və həftə sonları istirahət imkanı.

Əlavə məlumatlar :

- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.


NamİZƏDƏ TƏLƏBLƏR

Bizim üçün ideal namizəd :

- Ali təhsilli;
- Analoji sahədə ən az 2 il iş təcrübəsi olan;
- Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olandır.

O cümlədən :

- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı;
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilməli;
- İşgüzar, məsuliyyətli və yüksək davranış keyfiyyətlərinə malik olmalı;
- Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə həm şifahi, həm də yazılı bilməlidir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Direktor köməkçisi” yazaraq, 22.02.2021 - ci il tarixinədək cv@stp.az ünvanına göndərmələri xahiş olunur.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 4825

Direktor köməkçisi vakansiyaları

Direktor köməkçisi vakansiyaları

24 Yanvar 2021

Elan tarixi

23 Fevral 2021

Bitmə tarixi

2643

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"