L

Daxili Audit Meneceri

LU - MUN Holding

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Daxili Audit Meneceri vakansiyaları üçün bura daxil olun.

Elan № 11818

Daxili Audit Meneceri vakansiyaları

Daxili Audit Meneceri vakansiyaları

09 Yanvar 2023

Elan tarixi

08 Fevral 2023

Bitmə tarixi

654

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Tam-ştat

İş rejimi

Maliyyə

Sahə

Digər

Kateqoriya

İş barədə məlumat

  • Təyin olunmuş audit sahəsi üzrə müfəssəl və praktik audit planını hazırlanmaq;
  • Audit planına aid olan fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onların əhəmiyyətlilik dərəcəsini və fəaliyyətə xas olan məcmu risk dərəcəsini qiymət, cədvəl və keyfiyyət baxımından qiymətləndirmək;
  • Təyin olunmuş daxili audit layihələrinin fəaliyyətini təmin etmək; 
  • Daxili auditor funksiyasını yerinə yetirməyə qadir olan işçiləri düzgün istiqamətə yönləndirmək və onlara dəstək olmaq;
  • Audit Komitəsini auditin əhatəsinə dair hesabatlar və təyin olunmuş sahə üzrə audit fəaliyyətinin  nəticələri ilə təmin etmək və eyni zamanda həmin nəticələrin düzgün izahını verərək yoxlama qrafikini və əhatəsini optimallaşdırmaq;  
  • Idarəetməyə fokuslanmış daxili audit fəaliyyətinin səmərəliliyini artırmağa yönləndirilmiş tapşırıqları effektiv idarə etmək;
  • Daxili audit işçilərinin peşəkarlığını artırmaq məqsədilə təlimlər keçirmək və bu yöndə istiqamət vermək;
  • İnkişaf imkanlarını müəyyənləşdirmək üçün Daxili Audit Şöbəsinin Rəhbərinə dəstək olmaq;
  • Daxili audit komandası tərəfindən hazırlanan audit hesabatlarını nəzərdən keçirərək hesabatların məzmununu qiymətləndirərək, üst səviyyədəki rəhbərlik ilə müzakirə olunacaq məsələləri yekunlaşdırmaq;
  • Yekun hesabatları hazırlayaraq, həmin hesabatların məzmununu cavabdeh rəhbərlər ilə müzakirə etmək;
  • Daxili Audit Rəhbərinə / Audit Komitəsinə hesabat vermək;
  • İcraçı rəhbərlik və əməliyyat menecerləri arasında effektiv iş əlaqələrinin qorunması istiqamətində səy göstərmək.

NamİZƏDƏ TƏLƏBLƏR

  • Audit, iqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil;
  • Audit və ya maliyyə/ mühasibatlıq sahəsində 5 ildən artıq iş təcrübəsi;
  • Kompüter biliyi (Word, Excel, Power Point);
  • Daxili Audit İnstitutunun standartları və COSO haqda güclü biliklər;
  • Yerli və Beynəlxalq Mühasibat Uçotu standartları və müvafiq vergi qanunvericiliyi üzrə biliklər;
  • Daxili Audit, İnformasiya Təhlükəsizliyi, Risklərin İdarə edilməsi, Dələduzluq, və Daxili Nəzarət üzrə diplom və sertifikatların mövcudluğu;
  • Risklərin idarəedilməsi haqqında ümumi biliklər;
  • İT auditi sahəsində ümumi biliklər;
  • İdarəetmə və məxfiliyi diqqət mərkəzində saxlamaqla bölmələr arasında əməkdaşlığın aparılması və effektiv ünsiyyətin qurulması;
  • Məhdud informasiya şəraitində risk, problem və həllərin düzgün müəyyən edilməsi;
  • Mürəkkəb peşəkar məsələləri, qabaqcıl nöqtələrin müəyyənləşdirilməsi və bu məsələlərin strukturlaşdırılmış, analitik şəkildə həllinə səbəb olan bir maraq sərgiləməsi;
  • Daxili Auditorlar İnstitutunun Beynəlxalq Peşəkar Təcrübə strukturu haqqında dərin biliklərə malik olmaq;
  • Beynəlxalq Maliyyə Hesabatı Standartları (İFRS) və Beynəlxalq Audit Standartları (ISA) haqqında dərin biliklər;
  • Nəzəri anlayışların tətbiq olunma məqamını düzgün və səlis müəyyən etmə və tanıya bilmə bacarığı;
  • Risk və nəzarət konsepsiyalarını səlis anlama və tətbiq etmə bacarığı;
  • Azərbaycan dilini işgüzar səviyyədə mükəmməl bilməli, Ingilis və Rus dillərini işgüzar səviyyədə mükəmməl bilmək arzuolunandır;
  • Biznesdə ən effektiv təcrübə anlayışlarının araşdırılmasında təşəbbüskar olmaq.

İş şəraiti:

  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Bakı şəhəri
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 11818

Daxili Audit Meneceri vakansiyaları

Daxili Audit Meneceri vakansiyaları

09 Yanvar 2023

Elan tarixi

08 Fevral 2023

Bitmə tarixi

654

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"