Baş mühasib müavini (İstehsalat üzrə)

Baş mühasib müavini (İstehsalat üzrə)

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Baş mühasib müavini (İstehsalat üzrə) vakansiyaları üçün bura daxil olun.

Elan № 11033

Baş mühasib müavini (İstehsalat üzrə) vakansiyaları

Baş mühasib müavini (İstehsalat üzrə) vakansiyaları

15 Noyabr 2022

Elan tarixi

15 Dekabr 2022

Bitmə tarixi

773

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Mühasib

Vəzifə

5 ildən yüksək

İş stajı

Tam-ştat

İş rejimi

Maliyyə

Sahə

Mühasibat

Kateqoriya

İş barədə məlumat

Vəzifə öhdəlikləri

-Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkilinə və maddi, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə edilməsinə, mülkiyyətinin qorunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;

-İlkin mühasibat sənədlərinə, hesablaşmalara və ödəniş öhdəliklərinə, əmək haqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlilərinə və əsas fondların inventarlaşmasına, mühasibat uçotu və hesabatının təşkilinə və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə öz səlahiyyətləri çərçivəsində nəzarət etmək;

-Ştat, maliyyə və xəzinə intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsinin qanuniliyi, mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;

-Müəyyən olunmuş hesablaşmalar üzrə mühasibat uçotunun aparılmasına, pul vəsaitlərinin hərəkətinə, mühasibat hesabatının formalaşdırılması üçün mühasibat sənədlərinin tərtibinə nəzarət etmək;

-Göstərilən xidmətlərə görə hesablaşmaların vəziyyəti barədə tam və etibarlı mühasibat məlumatlarını təqdim etmək;

-Müasir hesablama texnikası və mühasibat uçotu üzrə kompüter proqramlarının tətbiq edilməsi ilə mühasibat uçotunun proqressiv forma və metodlarını işləyib hazırlamaq;

-İmzalanacaq müqavilələrin Azərbaycan Respublikası vergi, sosial sığorta, əmək və digər qanunvericiliklərin tələblərinə uyğun hazırlanmasını təmin etmək;

-Rəhbərlik tərəfindən verilən bütün tapşırıqların zamanında icra olunmasını təmin etmək.

İş haqqında məlumat:

-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə 

-İş saatları: həftə içi 10.00-18.00, şənbə isə qısa iş günü.

-Əmək haqqı:  müsahibə zamanı müəyyən ediləcəkdir.

-Ünvan: Nərimanov rayonu, Arif Heydərli 120-122.

-Əlaqə nömrəsi: 051 201 21 43

-E-mail: cv@msdisholding.az

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Baş mühasib müavini" qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.

NamİZƏDƏ TƏLƏBLƏR

Tələblər:

-Yaş həddi: 27-45;  

-Mühasibat uçotu, maliyyə və ya iqtisadi yönümlü ali təhsil;

-Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilmək;

-Maliyyə-mühasibat işi üzrə min 5 ildən az olmayaraq iş stajı (İstehsalatda təcrübəsi olan namizədlərə üstünlük veriləcək);

-Kompüterdə sərbəst işləyə bilmək  (1C 8.3 , Elektron Hökümət Portalı), Office (Microsoft Word, Excel );

-Analitik bacarıqlara sahib olmaq;

-Məsuliyyət, düzgünlük, dəqiqlik, stresə davamlılıq,sürətli qərar qəbuletmə bacarığına sahib olmaq;

-Komandada işləmək bacarığına sahib olmaq.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Diqqət! Heç bir halda işəgötürənin sizdən ödəniş tələbinə əməl etməyin!

Elan № 11033

Baş mühasib müavini (İstehsalat üzrə) vakansiyaları

Baş mühasib müavini (İstehsalat üzrə) vakansiyaları

15 Noyabr 2022

Elan tarixi

15 Dekabr 2022

Bitmə tarixi

773

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"