Vakansiya haqqında
Baş mühasib köməkçisi
Şirkət:Electrify Azerbaijan MMC
İş qrafiki: Tam iş günü (B.e.–Cümə, 09:00–18:00)
Vəzifə öhdəlikləri:
Baş mühasibin rəhbərliyi altında mühasibat uçotunun aparılmasında iştirak
İlkin mühasibat sənədlərinin (hesab-faktura, qaimə, akt, müqavilə və s.) hazırlanması, yoxlanılması və arxivləşdirilməsi
1C (8.3) proqramında gündəlik mühasibat əməliyyatlarının düzgün və vaxtında daxil edilməsi
Bank əməliyyatlarının aparılması, ödəniş tapşırıqlarının hazırlanması
Vergi orqanları ilə bağlı əməliyyatlarda iştirak (e-qaimə, e-faktura, e-VHF və s.)
Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanmasında köməklik
Əmək haqqı hesablamaları, məzuniyyət və ezamiyyə sənədlərinin hazırlanmasında iştirak
Debitor və kreditor borclarının uçotunun aparılması
Audit və yoxlamalar zamanı tələb olunan sənədlərin hazırlanması
Mühasibat uçotunun AR qanunvericiliyinə uyğun aparılmasına nəzarətdə dəstək
Namizədə tələblər:
Ali təhsil (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahə üzrə)
Mühasibatlıq sahəsində minimum 1–2 il iş təcrübəsi
Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotunun əsas bilikləri
1C (8.3) proqramında işləmək bacarığı
MS Excel və MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı
Rus dili – sərbəst (şifahi və yazılı)
Dəqiqlik, məsuliyyətlilik, analitik düşüncə
Komandada işləmək və tapşırıqları vaxtında icra etmək bacarığı
Üstünlük hesab olunur:
Mühasibatlıq üzrə kurs və ya sertifikatlar
İngilis dili biliyi
Audit təcrübəsi
Böyük həcmli məlumatlarla işləmək bacarığı
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!