Vaxtı bitib

Baş mühasib

  • Maaş 1200 - 1500 AZN
  • İş rejimi Tam-ştat
  • Təhsil Ali
  • Təcrübə 5 ildən yüksək
  • Bitmə tarixi 28 mart 2021
Diqqət!

Bu elanın vaxtı bitib. Mühasib vakansiyaları üçün bura keçid edin!

Vakansiya haqqında

Vəzifə: Baş mühasib

İş qrafiki: 09:00 – 18:00 / beşgünlük
Əməkhaqqı: 1200-1500 AZN
İş yeri: Sumqayıt şəhəri

İş barədə məlumat

• Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etmək;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarını tərtib etmək və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əsas vəsaitlərin uçotunu aparmaq, inventarizasiyanın müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət etmək və prosesdə iştirak etmək;
• Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
• Hesab və elektron qaimə-fakturaları yazmaq;
• Daxili mühasibatlıq sistemində köçürmələri idarə etmək;
• Gündəlik hesabları üzrə qalıqların hesabatını aparmaq;
• Mal/Xidmətlərin, müqavilə və sifarişləri yoxlamaq;
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin etmək;
• Əməkhaqqının verilmə dövrünə uyğun olaraq bütün əməkhaqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin etmək;
• Əməkhaqqına dair hesablamaları aparmaq və hesabatları tərtib etmək;
• İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açmaq və əməkdaşların əməkhaqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətləri həyata keçirmək;
• Mal-material qiymətlilərin inventarizasiyasında iştirak etmək və onlar üzrə müvafiq aktları rəsmiləşdirmək;
• Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• İş prosesində məlumatların məxfiliyini saxlamaq;
• Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirmək.

Namizədə tələblər:

• Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
• Baş mühasib kimi 5 ildən az olmayan iş təcrübəsi;
• Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
• Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır);
• MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
• ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli.

CV-lərinizi hr@archico.az ünvanına "Baş mühasib" başlığı ilə göndərməyiniz xahiş olunur.

Mənbə: jobsearch.az

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Baş mühasib üzrə əməkdaş axtarırsınız?

Minlərlə şəxs Baş mühasib vakansiyası üçün vebsaytımızda iş axtarır. Elə indi 1 kliklə vakansiya yarada bilərsiniz

Gələcək Baş mühasib vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

7

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ