Vakansiya haqqında
- Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etmək
- İş fəaliyyətinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, kommunikabellilik nümayiş etdirməli, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamalı, sosial, təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmalı
- Müvafiq sahə üzrə ali təhsil və iş təcrübəsi mütləqdir
- e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
- Vergi məcəlləsini, əmək qanunvericiliyini, İnzibati xətalar məcəlləsini yaxşı səviyyədə bilməli
- İş saatı: 09.00-dan/18.00-dək, nahar şirkət tərəfindən verilir
- İş rejimi: 6 günlük iş həftəsi
Namizədə tələblər:- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil etmək və nəzarət etmək
- Təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək
- Analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
- Balansın çıxarılması və bütün dovlət hesabatlarının verilməsi
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!