Baş mühasib

Baş mühasib

Investaudit MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Mühasibat

  • Maaş

    1500 AZN

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    05 noyabr 2020

  • Bitmə tarixi

    05 dekabr 2020

  • E-mail E-poçt göstər

Diqqət!

Bu elanın vaxtı bitib. Mühasib vakansiyaları üçün bura keçid edin!

- Mühasibatlıq strategiyasının ve prinsiplərinin formlaşdırılmasını təmin etmək

- Vergi, statistika və DSMF hesabatların hazırlanması

- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi

- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək

- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək

- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək

- Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək

- Hesab və elektron qaimə-fakturaların yazılması

- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi

- Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması

- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması

- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi

- Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi

- İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi

- Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq

- İş prosesində məlumatların məxfiliyinin saxlanılması

- İş Göyçay rayonunda yerləşir

- İş qrafiki həftə içi 5 gün: saat 09:00-dan 18:00-dək

- Şənbə və bazar günləri istirahət günüdür

- Nahar fasiləsi saat 13:00-dan 14:00-dək

- Nəzərdə tutulan əmək haqqı 1500 manat (əlavə olaraq ayrıca aylıq mükafatların verilməsi nəzərdə tutulur)

Namizədə tələblər:

- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır)
- Ərazidə (rayonda) işləməyə hazır olmalı
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı
- Komandada işləmək bacarığı
- Məsuliyyətli və işində dəqiq
- Vergi Məcəlləsini bilməli
- İxtisas üzrə 5 il və daha çox iş təcrübəsi
- Cinsi – Kişi
- MS Office, BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilməli

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə "Baş mühasib" yazaraq office@investaudit.az ünvanına göndərilməsi xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Elan #840630

  • 1510

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox