İş barədə məlumat:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
- Vergi qanunvericiliyini yüksək səviyyədə bilməli;
- Peşəkar mühasib sertifikatına malik olmalı.
- MS office və yüksək səviyyədə 1 C 8.3 proqramı biliyi;
- Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən milli və Beynəlxalq Mühasibat Uçotu Standartlarını, həmçinin Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını yüksək səviyyədə bilməli;
Əsas vəzifə və öhdəliklər:
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini təmin etmək;
- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən keçirilməsi;
- Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi;
- Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
- Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
- Təsdiqedici sənədlərin vaxtlı-vaxtında və lazımi qaydada əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün həyata keçirilməsinin təmin edilməsi;
- Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
- İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi;
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;
- Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!