Vakansiya haqqında
- Müəssisənin mühasibat uçotunun təşkilinin təmin edilməsi
- Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqlarının və digər ödənişlərinin aparılması.
- Əməliyyatlarının 1C Proqramında gündəlik işlənməsinin təmin edilməsi
- Debitor və kreditorlarla nəzarət edilməsi, üzləşmələrin təşkili
- E-qaimələrin və hesab-fakturaların hazırlanması
- Bank əməliyyatları və hesablaşmalarının aparılması
- Maliyyə hesabatlarının hazırlanması
- Aylıq, rüblük və illik vergi hesabatlarının təqdim olunması
- Statistika hesabatlarının göndərilməsi (təqdim edilmiş məlumatlara əsasən)
- Vergi kameral məktubların cavablandırılması
- Əsas vəsaitlərin amortizasiya cədvəlinin hazırlanması və illik inventarizasiyasının təşkili
İş barədə məlumat:
- İş günləri : Həftənin 5 iş günü tam, şənbə günləri növbəli iş qrafiki
- İş vaxtı: 10:00-dan 19:00-dək və ya 09:00-dan 18:00-dək
- Əmək haqqı: Namizədin bilik bacarıq təcrübəsinə əsasən müəyyən olunacaqdır.
- I Ünvan: Winter park plaza 1-ci mərtəbə, Baku Holiday Travel
Yalnız, tələblərə uyğun gələn namizədlərdən mövzu yerində“Baş mühasib” qeyd etməklə CV-lərini hr@bht.az elektron ünvanına göndərməyi xahiş olunur.İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Namizədə tələblər:• Ali iqtisadi təhsil ( iqtisadiyyat, mühasibatlıq və ya maliyyə ixtisasları üzrə)
• PMS və ACCA sertifikatları ( üstünlükdür)
• Müvafiq sahədə ən az 3 il iş təcrübəsi
• 1C 7.7 və 8.3 proqramında işləmək bacarığı
• MS Office proqramlarında, xüsusən Exceldə əla işləmə bacarığı
• Mühasibat uçotu və MHBS üzrə biliklər
• Vergi Məcəlləsi üzrə biliklər
• Azərbaycan dilini səlis bilməli, rus və ingilis dilləri arzuolunandır
• İdarəetmə və komandada işləmə bacarığı
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!