Görəcəyiniz işlər:
 
	- Agile və Scrum təcrübələrini komanda işi zamanı tətbiq etmək;
 
	- Sprint planlamasından təqdimata qədər komanda görüşlərinin keçirilməsini dəstəkləmək;
 
	- Gündəlik görüşlərdə, müxtəlif ölçü alətlərindən istifadə edərək komandanın məqsədlərinə çatmasını və proqresini izləmək;
 
	- Digər squadlar ilə qarşılıqlı əlaqələri kordinasiya  etmək (məsələn rüblük görüşləri planlaşdırmaq və digər komandalarla görüşləri sinxronizasiya etmək);
 
	- Digər qruplara və təşkilatın hissələrinə komanda ilə effektiv ünsiyyət və qarşılıqlı əlaqə qurmağa kömək etmək;
 
	- Agile görüşlərinin və praktikalarının uyğunluğunu və tətbiqini təmin etmək, həmçinin  ehtiyac yarandığı halda yeni texnikaları komandaya öyrətmək;
 
	- Komanda üzvləri arasında retrospektivləri və rəy mübadiləsini asanlaşdırmaqla inamlı mühit yaratmaq və onu qorumaq;
 
	- Retrospektiv görüşlərin nəticəsindən asılı olaraq, komandaların zəif və güclü tərəflərini müəyyən etmək və müvafiq kommunikasiya və tədbirlər planını hazırlamaq;
 
	- Komandanın yolundakı maneələri təmizləmək (məsələn, digər Komandalardan asılılıqlar), maneələrin siyahısını saxlamaq;
 
	- Komandaya scrum metodologiyası, eləcə də özünü təşkil etmə və çarpaz funksionallığın tətbiqi üzrə dəstək olmaq;
 
	- Məhsulun inkişafına öz səlahiyyətləri daxilində töhfə vermək.
 
 
Bizim üçün uyğun namizəd:
	- Ali təhsilə;
 
	- Sahə üzrə minimum 2 il təcrübəyə;
 
	- Güclü ünsiyyət bacarıqlarına;
 
	- Komandaya çevik təcrübələr öyrətmək və maksimum biznes dəyərini vaxtında çatdırmaq üçün agile metodologiyaya riayət etməyi təmin etmək bacarığına;
 
	- İddialı, inamlı, komandanın səsi olmaq bacarığına;
 
	- Yenilikçi düşüncəni və özünü inkişaf etdirməyi təşviq etmək bacarığına;
 
	- Müvafiq istiqamətlər/məhsullar/ müştəri təcrübələri haqqında biliklərə;
 
	- Məhsul sahibi, proqramçı və layihə rəhbəri kimi iş təcrübəsinə ( üstünlükdür);
 
	- Scrum və Agile komandalarda işləmə təcrübəsinə (böyük üstünlükdür);
 
	- Agile, Scrum və Layihə idarəçiliyi üzrə müvafiq sertifikatlara (PSM, CSM, PMP, PSPO) (üstünlükdür);
 
	- Maneələri müəyyən etmək, onlara proaktiv yanaşmaq, maneələri idarə etmək üçün əlaqədar təşkilatın maraqlı tərəfləri ilə əlaqə saxlamaq bacarığına;
 
	- Yüksək motivasiyalı, təşəbbüskar və eyni zamanda peşəkar yanaşmalı komanda oyunçusu olan;
 
	- Konstruktiv ünsiyyət və mentorluq bacarıqlarına sahib olan şəxsdir.
 
                                                        Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!