Aparıcı mühasib

Aparıcı mühasib

Metal Ve Yapı Sistemleri
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Mühasibat

  • Maaş

    1300 - 1500 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    18 iyul 2022

  • Bitmə tarixi

    17 avqust 2022

  • E-mail E-poçt göstər

Diqqət!

Bu elanın vaxtı bitib. Mühasib vakansiyaları üçün bura keçid edin!

- Həftə içi 5 gün stabil iş rejimi (saat 09:00-dan 18:00-dək), şənbə - bazar istirahət günləri

- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə

- BTP proqramı, 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi ( e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək )

- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək

- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət

- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı

- ƏDV,ÖMV, sadələşmiş gəlir, mənfəət, DSMF, statistika, məşğulluq və hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi

- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi

- Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət

- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi

- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi

Namizədə tələblər:

- Maliyyə-mühasibatlıq sahəsi üzrə Ali təhsil və ən az qeyd edilən vəzifə üzrə 3-5 il iş təcrübəsi (tikinti-quraşdırma sahəsində iş təcrübəsi ) həmçinin 35-45 yaş arası xanim namizədlər CV göndərə bilər

- Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək

- Ingilis ve rus dilini əla səviyyədə bilmək

- AR-sı Əmək və Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək

- Milli mühasibat uçotu standartlarını bilmək

- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları

- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı

- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı

Vakansiya üçün müraciət etmək istəyən uyğun namizədlər öz CV formasını nata.ibrahimova@metalyapi.com elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “Aparıcı mühasib” sözləri qeyd edilməlidir).

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılıb müsahibə mərhələsinə dəvət olunacaq .

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Elan #845791

  • 2470

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox