Təcrübəçi ikən işçi olmaq

05 İyul 2020 18388

Təcrübəçi olmaq iş dünyasına atılan ilk önəmli addımdır. Təcrübə dönəmində nə etdiyiniz qədər harada təcrübə keçdiyiniz də çox önəmlidir. Əgər təcrübə keçdiyiniz yerdə ştata keçməyi istəyib amma nə edəcəyinizi bilmirsinizsə, yazımızı oxumağa davam edin.


Təcrübəçilikdən işçi olmağa gedən yol çətin və ya asan ola bilər. Prosesin necə irəliləyəcəyi çox vaxt sizdən asılıdır. 


Təcrübəçi ikən işçi olmaq üçün diqqət edilməsi lazım olanlar aşağıdakılardır.


Özünüzü göstərin.

Bir çox şirkət kənardan işçi axtarmaq əvəzinə mövcud təcrübəçilərini işçi kimi götürməyə üstünlük verirlər. Bu həm xərcsiz, həm də güvənilən üsuldur. Bu məqsədlə özünü göstərən, uğurlu və işə maraqlı olduğunu bəlli edən təcrübəçilər üçün işə qəbul olmaq daha asan olur. Effektiv işlədiyinizi nəticələrlə, istəkli olduğunuzu isə sözlərinizlə göstərməlisiniz.


İşçi kimi davranın.

Təcrübəçi olsanız belə öyrənməyə və daha çox məsuliyyət götürməyə istəkli olmağınız sizi bir addım irəli aparacaqdır. Bu səbəbdən iş saatlarında diqqətli olmaq, işə yararlı olmaq və komanda ilə ünsiyyət qurmaq onların sizi daha yaxşı qəbul etməsini təmin edəcəkdir.


Rahat olun.

Stressə düşməməyi öyrənməlisiniz. Narahatlıq özünüzü doğru ifadə etməyinizi əngəlləyə bilər. Nəticədə təcrübəçi olarkən işə qəbul olmamaq ehtimalı dünyanın sonu deyil. Başqa yerlərdə fərqli fürsətlər sizi gözləyir. Əlavə olaraq rahat, anlaşılan, stressli olmayan biri olaraq şirkətin sizinlə davam etməyi seçimində çox effektiv olacaqdır.


Təcrübəçilər arasından seçil.

Sizin kimi komanda daxilində təcrübə keçən bir çox şəxslə eyni şöbədə təcrübə keçə bilərsiniz. Əsas məsələ onların arasında fərqlənməkdir. Bunun üçün əsas olan idarəçilərlə daha yaxın münasibət qurmaq, öyrənməyə istəkli olduğunuzu göstərmək və daha çox məsuliyyət götürə biləcəyinizi bildirməkdir. Bu şəkildə sizin daha istəkli olduğunuz ortaya çıxacaqdır.


Planlarınızı ifadə edin.

Əgər işçi kimi qalmaq istəyirsinizsə, təcrübə keçdiyiniz şirkətin HR mütəxəsssinə və ya şöbə müdirinə niyə işçi olmaq istədiyinizi və planlarınızı yaxşı izah etməyiniz lazımdır. Planlarınız və ya xəyallarınız ilə şirkət hədəflərinin uyğun olması çox önəmlidir. 


Referans kariyer . net


Sizi hədəflədiyiniz karyeraya çatdıracaq təcrübə proqramları fürsətlərini görmək üçün saytımıza baxın.

Oxşar yazılar