Linkedində iş tapmaq

26 Avqust 1424

Linkedində iş tapmaq? 

Bəlkə də çoxunuza qəribə gələ bilər bu proses. Sizə birşey deyim? -Bu mümkündür!

Hətta Azərbaycanda. Bəli bu tamamilə mümkündür. Artıq müasir İnsan Resursları nümayəndələri öz namizəd seçimlərində linkedinə hədsiz üstünlük verirlər. Linkedin iş dünyasının ayrılmaz bir parçasıdır.

Linkedində iş tapa bilərsiz hətta sizə lazım olan namizədidə bu platforma üzərindən axtarıb tapmaq mümkündür. Linkedində iş tapmazdan əvvəl bu platformanın ciddiliyini dərk etmək vacibdir. Bu platforma digər sosial şəbəkələrdən hədsiz fərqlənir. Ona görə bəzi xırda amma həyati əhəmiyyətli qaydalara diqqət yetirməyiniz vacibdir ki, siz bu platformanın üstünlüklərindən tam şəkildə istifadə edəsiniz. Bu məqamlar hansılardır? Gəlin nəzər yetirək.

Linkedin profil şəkli biznes stilli olmalıdır. Heç olmamağı doğru deyil. Şəkillər qoyarkən də diqqət yetiriləsi məqamlar kifayət qədərdi:

– Şəkil biznes stilli olsun.

– Şəkildə gülürsünüzsə daha çox gülümsədiyiniz fotoları yerləşdirin.

– Toy şəkli, selfi kimi şəkillər olmasın.

– Oğlanlar səliqəli geyimdə olsun, qızlara isə qısa yubkada şəkil qoyulması tövsiyyə olunmur.

Profilinizi ingiliscə etməyiniz məsləhətlidir. Siz azərbaycana xitab edirsizsə çox dar ixtisaslaşmanız olacaqdır. Xarici şirkətlərin Azərbaycan nümayəndəliklərində və ya xaricdə karyera qurmaq istəyirsinizsə mütləq ingiliscə profil yaradın.

İşlədiyiniz yerlərdə olan vəzifə öhdəliklərinizi qeyd edin.

Mütəmadi bağlantılarınızda olan şəxslərə rəylər yazın, əlaqələr qurmağa çalışın.

Dəyərli sertifikatlarınız varsa bunları mütləq qeyd edin. İşə qəbul mütəxəssisləri bu kimi amillərə çox diqqət yetirir.

Linkedin aktivliyinizi qoruyun. Mütəmadi ixtisasınızla əlaqəli postlar paylaşın.


Linkedində etməyin:

  • Siyasi, dini paylaşımlar.
  • Mənasız müzakirələr.
  • Tətil şəkilləri.
  • Açıq-saçıq şəkillər.
  • Təhqir edici statuslar.

Linkedində iş axtarmağa bir proses kimi yanaşın. Çox güclü profilinizin olmağı sizi 1-0 öndə tutacaqdır. Linkedində mövcud olan aktiv vakansiyalardan xəbərdar olmaq üçün bizi Linkedində izləyin.

İş axtarışında hər birinizə uğurlar!

Müəllif: İlkin Mirzəzadə 

Oxşar yazılar