Freelance nədir?

05 İyul 2020 19022

Freelance (Frilans): sərbəst işləmək, sərbəst işçi mənasını daşıyır.


Frilans işlər evdən, kafedən və s. kimi yerlərdən idarə oluna bilər. Özəlliklə qrafik dizayn, tərcümə işləri, sosial media marketinq, veb saytların qurulması və s. xidmətlər frilans işlər arasında çoxluq təşkil edir. Frilans işləyən şəxs, qazancını maaşla deyil, etdiyi iş üzərindən ya da saata uyğun əldə edir. Burada iş saatları frilanser və sifarişçi arasında razılaşdırıla bilər. Frilanser müştərinin sadəcə mövcud sifarişini etməklə məsuldur. Siğorta və digər ehtiyaclar tərəflərin məsuliyyəti üzərində deyil.


Şirkətlər adətən frilanserlər ilə periodik olaraq işləyirlər. İşlərin həddindən artıq çox olduğu zamanlarda işin bitmə vaxtına (deadline) uyğun olaraq frilanserlərə müraciət edirlər. Frilanserlər daha çevik, sürətli və münasib işləyə bildiyindən şirkətlər üçün bu əlverişli vəziyyət yaradır.


Frilanserlər iş yükündən asılı olaraq eyni zamanda bir neçə fərqli müştəri ilə işləyə bilərlər. Müştəriyə işi təhvil verdikdən sonra aylıq dəstək xidməti də göstərmək də frilanserlər üçün əlverişli üsuldur.


Frilans işləyən şəxs sadəcə etdiyi işə uyğun məvacib əldə etdiyinə görə, maaşa işləyən şəxslərə nəzərən daha azad iş şəraitinə sahibdir. İş yoğunluğu və iş seçimləri öz istəklərinə görə dəyişir. İş saatları da istəyə uyğun olduğu üçün işin effektivliyi və şəxsin motivasiyası düzgün təşkil olunur. 


Frilans işləməyin azad tərəfi gözəl görünsə də mənfi tərəfi də vardır. Ən önəmlisi iş olmadığı zamanlarda işi özü axtarmalı və sövdələşmə kimi mövzuları da özü həll etməlidir. 


Frilanser işini müqavilə ilə görməlidir ki, gələcək zamanlarda əməyinin qarşılığını almaqda problemlər yaşamasın.


Referans: freelancem . com


Frilans elanlara baxmaq üçün Hellojob.az - ın freelance elanlar bölməsinə nəzər yetirin.

Oxşar yazılar