Aktuallığını qoruyan 10 klassik müsahibə sualı

22 İyul 2020 9816

İndiyə qədər iş görüşmələri zamanı namizədlərə yüzlərlə müsahibə sualları verilmişdir. Bu suallardan bəziləri aktuallığını itirsə də, bəziləri əhəmiyyətini saxlayaraq namizədlərə verilməyə davam edir. İnsan resursları mütəxəssisləri tərəfindən namizədlərə ünvanlanan 10 klassik müsahibə sualını və bu sualları düzgün cavablamaq üçün məqaləmizdən yararlana bilərsiniz.

Təcrübə və istedadınız tək başına yetərli deyil. Xəyallarınızdakı işə girmək üçün HR mütəxəssislərinin bir iş görüşməsində verdiyi suallara düzgün, effektiv cavab verməyiniz də çox vacibdir. Namizədin HR mütəxəssisi ilə görüşmədən öncə, aktuallığını qoruyan, bayağı olsa da əsas məsələlərə toxunan klassik müsahibə suallarına hazırlaşması üstünlük ola bilər.

İş müsahibələrinizdə aktual olaraq qalan 10 klassik müsahibə sualı:

Özünüz haqqında məlumat verə bilərsiniz?

Bu sual iş görüşmələrinin ən klassik müsahibə sualı olmaqla yanaşı, namizədlərin cavablayarkən ən çox səhv etdiyi sualların başında gəlir. İş müsahibəsində bu suala rast gəldiyiniz zaman öz həyat hekayənizi danışmayın. HR mütəxəssisi neçə qardaşınız olduğu və ya hansı küçədə yaşadığınızla maraqlanmır. Bu sual ilə, HR mütəxəssisi keçmiş iş təcrübələrindən öyrəndiklərinizi, hansı sahələrdə məsuliyyət götürdüyünüzü, hansı sahələrdə işinizi çox yaxşı bildiyinizi, işinizlə bağlı nələrin sizi narahat etdiyini öyrənmək istəyir.

Sizi niyə işə götürək?

Ən çox soruşulan və cavab verərkən namizədin öz şəxsi tanıtımını etməsinə ən çox fürsət yaradan suallardan biridir. Bu suala cavab verərkən namizədin diqqət etməli olduğu məqam orijinal olmaqdır. Buna görə də sualı cavablayarkən “Mən öz işimdə çox yaxşıyam” kimi hər kəsin işlətdiyi cümlələrdən uzaq olun. Bunun yerinə şirkət və vəzifə haqqında ətraflı araşdırma edərək, öz təcrübələriniz və istəkləriniz ilə müraciət etdiyiniz şirkətin istəklərinin nə qədər üst-üstə düşdüyünü vurğulayın

Güclü tərəfləriniz hansılardır?

Bu suala cavab verərkən işinizlə birbaşa əlaqəsi olan güclü tərəflərinizi, verəcəyiniz örnəklərlə ön plana çıxarın. İşinizlə bağlılığı olmayan əlaqəsiz tərəflərinizdən danışaraq bu sualı cavablamanız isə edəcəyiniz ən böyük səhvlərdən biri ola bilər.

Zəif tərəfləriniz hansılardır?

Bu sualı cavablayarkən namizədlərin zəif tərəflərinin fərqində olması və bu tərəfləri gücləndirmək üçün atdıqları addımları HR mütəxəssislərinə danışmaları lazımdır. Bu səbəblə müsahibədə zəif tərəflərinizin nələr olduğunu qeyd etməniz istənildiyində "Heç bir zəif tərəfim yoxdur" demək yerinə, bu tərəflərinizin öhdəsindən necə gəldiyinizi, bunun üçün nələr etdiyinizə dair nümunələr göstərin.

Niyə bizimlə işləmək istəyirsiniz?

HR mütəxəssisi bu sualı verərkən əslində namizədlərdən şirkətin bir hissəsi olmağı nə qədər istədiyini eşitmək istəyir. Bu səbəblə "Çünki işə ehtiyacım var", "Çünki pul qazanmağım lazımdır" kimi cümlələrdən uzaq olun. Bu cür sualları cavablandırmadan əvvəl şirkət haqqında məlumat toplamanız vacibdir. Sualı cavablandırarkən isə şirkətdə nələri sevdiyinizi və şirkətdə niyə işləmək istədiyinizi də qeyd etməniz çox ciddi önəm daşıyır.

Əvvəlki işinizdən hansı səbəblə ayrıldınız?

Bu sual bir çox iş axtaranların cavab verməkdə çətinlik çəkdikləri suallar arasındadır. Burada diqqət etməniz gərəkən məqam, köhnə işinizi, şirkətinizi və menecerlərinizi pisləməkdən uzaq olmaq və ya "eyni şeyləri etməkdən sıxıldım" kimi ifadələrdən qaçınmaqdır. Bunun əvəzinə işdən ayrılmağınızı müsbət bir səbəblə əlaqələndirin. Köhnə işinizdə özünüzdə inkişaf etdirdiyiniz şeyləri, üzərinizə götürdüyünüz məsuliyyətləri ifadə edin və bundan sonra işinizdə hansı sahəyə diqqət yönəltmək istədiyinizi vurğulayın.

Ən böyük uğurunuz nədir?

Bu sual "Güclü tərəfləriniz nələrdir?" sualına bənzəyir. Bu kimi suallara cavab verərkən subyektiv elementlərdən çox ədədi elementləri təsvir etmək önəmlidir. Məsələn, müvəffəqiyyətinizi “Mən keçirdiyim layihə nəticəsində ... şirkətin satış rəqəmləri…% artdı” kimi ədədi dəyərlərlə sübut etməyiniz faydalıdır. İşinizin şirkətə verdiyi töhfəni izah edərkən şişirtmədən deyin və müraciət etdiyiniz mövqe ilə bağlı uğurlarınızı HR mütəxəssisinə çatdırın.

Qarşılaşdığınız çətin bir vəziyyət və onu necə həll etdiyiniz barədə məlumat verə bilərsinizmi?

Bu, ən çox görülən müsahibə suallarından biridir. Suala cavab verərkən bacarıqlarınızı bir uğur hekayəsi üzərindən danışmağınız lazımdır. Danışacağınız hekayənin qısa, aydın və orijinal olması çox önəmlidir.

5 il sonra özünüzü harada görürsünüz?

Namizədlərin həyatla bağlı düşüncələrini müəyyən mənada ümumiləşdirən bu sual hər nə qədər bayağı kimi görünsə də, əslində, qənaətbəxş cavab üçün şəxsin əvvəlcədən hazırlanmağını tələb edir. Bu suala cavab verərkən, beş ildən sonra işlə əlaqədar nə etmək istədiyinizdən, işini

Oxşar yazılar