Ümumi qaydalar
Vakansiya yerləşdirmək üçün qaydalar
- Vakansiyanın saytda qalma müddəti 30 gündür.
- Vakansiyanın adı ilə kateqoriyası uyğunluq təşkil etməlidir. Əgər bu məlumat səhv daxil olunubsa, sayt bu məlumatı düzəltməyi öz öhdəsinə götürür.
- Bir vakansiya başlığında yalnız bir vəzifə adı qeyd oluna bilər.
- İş elanları və namizədə tələblər xanaları vakansiyanı ətraflı izah edəcək şəkildə aydın qeyd olunmalıdır.
- Leksik, qrammatik və orfoqrafik normalara uyğun olmayan mətni redaktə etməyi sayt öz öhdəsinə götürür.
- Natamam və ya normalara uyğun olmayan məlumatlar qəbul olunmur və ya yenidən düzəliş etmək üçün geri göndərilir.
- Əmək haqqı məbləği yalnız AZN ilə göstərilməlidir. Əgər əmək haqqı sütunu boş saxlanılırsa, saytda Ə/h razılaşma yolu ilə olduğu göstərilir.
- Dərc olunmuş vakansiyanın adının dəyişdirilməsi qadağandır.
- Dərc olunmuş vakansiyanın redaktəsi zamanı İş haqqında məlumat və ya Namizədə tələblər bölməsinin mövcud olana nəzərən bütünlüklə dəyişdirilməsi / yeni məlumat ilə əvəz olunması qadağandır.
- Tibbi, kosmetik, zinyət əşyaları məhsulların online satışı, kütləvi şəkildə işə qəbul və s. növdə vakansiyaların yayımı fərdi müraciətlər tərəfindən qəbul olunmur. Elan yalnız korporativ (numune@sirketinadi.az) e-poçtdan təsdiqləndiyi zaman qəbul oluna bilər.
- Şəbəkə üsulu marketinq növündə olan vakansiyalar qəbul olunmur.
- Şübhəli fəaliyyət növü olan və ya fəaliyyət istiqaməti bəlli olmayan vakansiyalar qəbul olunmur.
- Şirkət haqqında yetəri qədər informasiya tapilmadıqda vebsayt tərəfindən vakansiyanın yerləşdirilməsinə imtina edilə bilər. Bu halda ödənilən məbləğ elan yükləyən şəxsin kart hesabına geri yüklənir.
- Ödənişsiz "Təcrübə proqramı" paketi ilə yerləşdirilən elanlarda təcrübə proqram haqqında ətraflı məlumat qeyd edilməlidir.
- Elanlar vebsaytda əlavə olunduqdan sonra təsdiqlənmə müddəti yerləşdirən şirkət və elanın məzmununa əsasən 1-2 iş günü təşkil edir.
- Hellojob.az-da yayımlanan elanlar isbu.az saytında da paylaşıla bilər.
CV yerləşdirmək üçün qaydalar
- CV-nin saytda yerləşdirilməsi ödənişsizdir.
- CV saytda siz onu deaktiv edənə qədər yayımlanacaqdır.
- Vəzifə bölməsində yalnız bir vəzifənin adı qeyd oluna bilər. Bir neçə vəzifə qeyd olunan CV-lər qəbul olunmur və redaktə etməyiniz üçün geri göndərilir.
- CV-ə əlavə olunmuş şəkil, ümumişlək CV normalarına uyğun olmalıdır. Əks təqdirdə CV şəkilsiz əlavə olunacaqdır.
- Vəzifənin adı ilə kateqoriya uyğunluq təşkil etməlidir. Əgər bu məlumat səhv daxil olunubsa, sayt bu məlumatı düzəltməyi öz öhdəsinə götürür.
- Təhsil haqqında xanasında namizədin bitirdiyi təhsil müəssisəsinin adı, ixtisası və təhsil aldığı tarix aralığı qeyd olunmalıdır.
- İş keçmişi xanasında namizədin iş yeri, vəzifəsi və işlədiyi müddət aralıqları qeyd olunmalıdır.
- Bacarıq və sertifikatlar xanasında namizədin ümumi bacarıqları, qatıldığı layihələrdən əldə etdiyi sertifikatlar və s. qeyd olunmalıdır.
- Biliklər xanasında namizədin peşəkar bilikləri, dil bilikləri, kompüter proqramları və s. qeyd olunmalıdır.
- Leksik, qrammatik və orfoqrafik normalara uyğun olmayan mətni redaktə etməyi sayt öz öhdəsinə götürür.
- Natamam və ya normalara uyğun olmayan məlumatlar qəbul olunmur və ya yenidən düzəliş etmək üçün geri göndərilir.
- Əmək haqqı məbləği yalnız AZN ilə göstərilməlidir. Əgər əmək haqqı sütunu boş saxlanılırsa, saytda Ə/h razılaşma yolu ilə olduğu göstərilir.
- Dərc olunmuş vakansiyanın adının dəyişdirilməsi qadağandır.
- Şübhəli fəaliyyət növü olan və ya fəaliyyət istiqaməti bəlli olmayan CV-lər qəbul olunmur.
- Sizə daxil olan müraciətlərə, telefon zənglərinə görə (Nömrə yerləşdirmək vacib deyil) sayt məsuliyyət daşımır.
Saytda yerləşdirilən vakansiyalar və CV-lər üçün məsuliyyəti yalnız elan yerləşdirən tərəf daşıyır. Hellojob.az elanlar üçün heç bir məsuliyyət daşımır.
Kommunikasiya
1. Vebsayt administrasiyasının qeydiyyatdan keçmiş istifadəçilərə sms, elektron poçt göndərmək və zəng etmək hüququ malikdir.