Yeni məhsulların yaradılması departamenti üzrə təcrübəçi

Yeni məhsulların yaradılması departamenti üzrə təcrübəçi

Ferrum Capital QSC

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Yeni məhsulların yaradılması departamenti üzrə təcrübəçi vakansiyaları üçün bura daxil olun.

Elan № 7363

Yeni məhsulların yaradılması departamenti üzrə təcrübəçi vakansiyaları

Yeni məhsulların yaradılması departamenti üzrə təcrübəçi vakansiyaları

06 Dekabr 2021

Elan tarixi

05 Yanvar 2022

Bitmə tarixi

1803

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Təcrübəçi

Vəzifə

Təcrübəçi

İş rejimi

Müxtəlif

Sahə

İş barədə məlumat

Yeni məhsulların yaradılması və inkişafı departamenti üzrə təcrübəçi

Ferrum Kapital QSC-nin Yeni məhsulların yaradılması və inkişafı departamentində Agile prinsipləri əsasında çalışan komandamıza istedadlı və həvəsli gənclər axtarılır. Layihənin məqsədi gənclərin araşdırma və biznes proseslərinin qurulması proseslərində yaxından iştirak edərək təcrübə qazanmasını təmin etməkdir. Təcrübə proqramı 2 ay müddətində nəzərdə tutulub və ödənişlidir. Təcrübə müddətini uğurla tamamlayan gənclər komandamızın daimi üzvlərinə çevrilir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Təcrübə proqramı dövründə hansı işlər görüləcəkdir?

  • Müxtəlif innovativ layihələrinin hazırlamaq və yeni məhsulların yaradılması ilə bağlı müxtəlif araşdırılma və tədqiqat işlərini aparmaq;
  • Biznes proseslərinin təkmilləşdirilməsi və biznesin inkişafı strategiyasının hazırlanmasında iştirak etmək;
  • Agile Metodologiyasına əsaslanmış iş prosesində daha yaxından iştirak etmək;
  • Peşəkar startap mühitində işləmək.

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Grow lab qeyd etməklə hr@ferrumcapitalaz e-mail ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

NamİZƏDƏ TƏLƏBLƏR

Namizəddə hansı özəllikləri axtarırıq?

  • Ali təhsil ( II-IV kurs tələbələri, yeni məzunlar və magistr tələbələri);
  • Qəbul imtahanında 600+ bal toplamaq;
  • İngilis və ya rus dillərini yüksək səviyyədə bilmək (digər dillər də arzuolunandır);
  • Məsələlərə analitik yanaşmaq;
  • Texnoloji trendlərdən xəbərdar olmaq (üstünlük verilir);
  • MS Office və Google Tool-larından istifadə edə bilmək.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!


Daha çox Tələbələr üçün vakansiyaları isbu.az-da - Axtardığın işbu!

Elan № 7363

Yeni məhsulların yaradılması departamenti üzrə təcrübəçi vakansiyaları

Yeni məhsulların yaradılması departamenti üzrə təcrübəçi vakansiyaları

06 Dekabr 2021

Elan tarixi

05 Yanvar 2022

Bitmə tarixi

1803

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"