B

Universal mütəxəssis proqramı

Bank Respublika ASC

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Universal mütəxəssis proqramı vakansiyaları üçün bura daxil olun.

Elan № 7025

Universal mütəxəssis proqramı vakansiyaları

Universal mütəxəssis proqramı vakansiyaları

21 Sentyabr 2021

Elan tarixi

21 Oktyabr 2021

Bitmə tarixi

6147

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Təcrübəçi

İş rejimi

Maliyyə

Sahə

İş barədə məlumat

Bank Respublika” ASC istedadlı və özünə güvənən gənclər üçün “Universal mütəxəssis” proqramına start verir.

Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü gəncləri, istedadlı və motivasiyalı universiteti yeni bitirmiş məzunları “Universal mütəxəssis” proqramına qoşularaq gələcək karyeralarına bizimlə davam etməyə çağırırıq.

Universal mütəxəssis” kimdir?

“Universal mütəxəssis” Fiziki şəxslərlə bağlı bütün növ bank əməliyyatlarını apara bilən, həmçinin onların istehlak kreditlərinin bütün istiqamətləri üzrə ehtiyaclarını qarşılamaq bacarığı və biliyi olan mütəxəssisdir.

“Universal mütəxəssis” qroqramına necə qoşulmaq lazımdır?

• CV-nizi 21.10.2021-ci il tarixinədək HR@bankrespublika.az ünvanına göndərmək;
• Emailın mövzu hissəsində vakansiyanın adını “Universal mütəxəssis” qeyd etmək.

Sizə nə vəd edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək önə çıxa biləcəyiniz şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
• “Bank Respublika” ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı.

NamİZƏDƏ TƏLƏBLƏR

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

• Ali təhsil (maliyyə, iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə təhsil arzuolunandır);
• Universiteti yeni bitirmiş məzunlara üstünlük verilir;
• Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (arzuolunandır);
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə və satış bacarığı;
• Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Öz bilik və bacarıqlarımızı sizinlə bölüşmək arzusu ilə...


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 7025

Universal mütəxəssis proqramı vakansiyaları

Universal mütəxəssis proqramı vakansiyaları

21 Sentyabr 2021

Elan tarixi

21 Oktyabr 2021

Bitmə tarixi

6147

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"