Təcrübə proqramı (Geodeziya sahəsi)

Təcrübə proqramı (Geodeziya sahəsi)

At-geotech

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Təcrübə proqramı (Geodeziya sahəsi) vakansiyaları üçün bura daxil olun.

Elan № 17990

Təcrübə proqramı (Geodeziya sahəsi) vakansiyaları

Təcrübə proqramı (Geodeziya sahəsi) vakansiyaları

11 İyun

Elan tarixi

21 İyul

Bitmə tarixi

1378

Baxılıb

İş məlumatları

Xırdalan

Şəhər

Təcrübəçi

İş rejimi

Müxtəlif

Sahə

İş barədə məlumat

“AT-GEOTECH“  QSC təcrübə proqramına start verir!

 Qeyd edək ki, Təcrübə proqramının sonunda yaxşı nəticələr göstərən gənclərə mövcud vakansiyalar üzrə iş təklifi veriləcək.

Təcrübə proqramına kimlər müraciət edə bilər? 

  • Məzunlar və magistratura pilləsi üzrə təhsil alanlar;
  • Gələcək karyerasını layihə şirkətində qurmaq istəyən, yüksək analitik düşünmə qabiliyyətinə malik, öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan gənclər.

Proqrama qoşulmaq üçün aşağıdakı tələblərə uyğun namizədlərə üstünlük veriləcəkdir.

  • Ali təhsil;
  • MS Office proqramları ilə işləmək bacarığı;
  • Ünsiyyətcil və özünü təqdim etmə bacarığına malik olma.

Nələri öyrənəcəksiniz:

1-ci həftə: Geodeziya və istinad məntəqələrinin əsasları

Sessiya 1: Geodeziya və geodeziyaya giriş

  • Geodeziyanın əsasları: İzahı, əhəmiyyəti və tarixi konteksti
  • İstinad məntəqələri şəbəkəsi: Məqsəd, komponentlər və növləri

Sessiya 2: GNSS/GPS anlayışı

  • GNSS/GPS-in əsasları: Prinsiplər, peyklər və siqnallar
  • RTK-ya giriş (Real Time Kinematic - Real Vaxt Kinematikası): Konsepsiyası və üstünlükləri

2-ci həftə: GNSS/GPS-in praktiki tətbiqi

Sessiya 3: Leica GPS 1200 Base/Rover avadanlığı ilə praktiki məşğələ

  • Avadanlığın quraşdırılması: Baza stansiyası və roverin quraşdırılması
  • Əsas proseslər: Məlumatların toplanması və sonrakı emal prosesləri

Sessiya 4: Emlid Reach Base/Rover avadanlığı ilə praktiki məşğələ

  • Avadanlığın quraşdırılması və konfiqurasiyası
  • Məlumatların toplaması və ən yaxşı təcrübi üsullar

3-cü həftə: Qabaqcıl GNSS/GPS və Teodolit avadanlıqlarının əsasları

Sessiya 5: Geomax Base/Rover avadanlığı ilə praktiki məşğələ

  • Avadanlığın quraşdırılması və kalibrlənməsi
  • Real dünya kontekstində məlumatların toplaması üzrə praktika

Sessiya 6: Teodolitə giriş

  • Teodolitin əsasları: Komponentləri və əməliyyatlar
  • Praktiki nümayişlər və məşqlər

4-cü həftə: Total Station təlimi

Sessiya 7: Leica TPS 800 seriyalı avadanlıq ilə praktiki məşğələ

  • Leica TPS 800 avadanlığının xüsusiyyətlərinə və imkanlarına ümumi baxış
  • Sahədə real praktikalar: Avadanlığın quraşdırılması və məlumatların toplanması

Sessiya 8: Leica TPS 1200 seriyalı avadanlıq ilə praktiki məşğələ

  • Qabaqcıl xüsusiyyətləri və funksiyaları
  • Qabaqcıl üsullarla məlumatların toplanması və müvafiq problemlərin həlli yolları

Təcrübə Proqramının müddəti:

Proqram həftədə 3 dəfə (2,4,6-cı günlər) saat 16:00-17:30  aralığında olmaqla 1 ay tədris olunur;

Ərazi: Xırdalan şəhəri,Şixəli Qurbanov 17A

Təlimlərin video materialları hər dərsin sonunda sizinlə paylaşılır.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!


Daha çox Geologiya və ətraf mühit vakansiyaları isbu.az-da - Axtardığın işbu!

Elan № 17990

Təcrübə proqramı (Geodeziya sahəsi) vakansiyaları

Təcrübə proqramı (Geodeziya sahəsi) vakansiyaları

11 İyun

Elan tarixi

21 İyul

Bitmə tarixi

1378

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"