Satış üzrə araşdırmaçı (təcrübə)

Satış üzrə araşdırmaçı (təcrübə)

Ferrum Capital QSC

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Satış üzrə araşdırmaçı (təcrübə) vakansiyaları üçün bura daxil olun.

Elan № 8450

Satış üzrə araşdırmaçı (təcrübə) vakansiyaları

Satış üzrə araşdırmaçı (təcrübə) vakansiyaları

22 Aprel 2022

Elan tarixi

22 May 2022

Bitmə tarixi

3430

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

1 ildən az

İş stajı

Təcrübəçi

İş rejimi

Satış

Sahə

Digər

Kateqoriya

İş barədə məlumat

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Kapital QSC Satışın inkişafı bölməsində Satış üzrə araşdırmaçı (təcrübə) vakansiyasını elan edir. Layihənin məqsədi ali təhsil müəssisələrinə yüksək balla qəbul olan tələbələrin araşdırma və analizində iştirak edərək təcrübə qazanmasına və  karyerasına ilk addımı atmasına dəstək verməkdir. Təcrübə dövründə təcrübəçiyə şirkət tərəfindən ödəniş ediləcək və yekunda nəticəsi yüksək olan şəxslər kiçik mütəxəssis kimi işə qəbul ediləcəkdir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Təcrübə proqramı dövründə hansı işlər görüləcəkdir?

  • Yeni satış məhsulların yaradılması ilə bağlı müxtəlif araşdırılma və tədqiqat işlərini aparmaq;
  • Satış proseslərinin təkmilləşdirilməsi və satışın inkişafı strategiyasının hazırlanmasında iştirak etmək;
  • Gələcək satış və marketinq planlarımızı istiqamətləndirmək üçün müştərilər, satış meylləri, məhsullar və xidmətlər haqqında məlumat toplamaq və təkliflər hazırlamaq.

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Satış üzrə araşdırmaçı (təcrübə)” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

NamİZƏDƏ TƏLƏBLƏR

Namizəddə hansı özəllikləri axtarırıq?

  • Ali təhsil (IV kurs tələbələri, yeni məzunlar və magistr tələbələri);
  • Qəbul imtahanında 600+ bal toplamaq;
  • İngilis və ya rus dillərini yüksək səviyyədə bilmək (digər dillər də arzuolunandır);
  • Məsələlərə analitik yanaşmaq;
  • Texnoloji trendlərdən xəbərdar olmaq (üstünlük verilir);
  • MS Office və Google Tool-larından istifadə edə bilmək.


    Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

    Elan № 8450

    Satış üzrə araşdırmaçı (təcrübə) vakansiyaları

    Satış üzrə araşdırmaçı (təcrübə) vakansiyaları

    22 Aprel 2022

    Elan tarixi

    22 May 2022

    Bitmə tarixi

    3430

    Baxılıb

    Укажите причину жалобы на вакансию "Курьер"