Korporativ menecer təcrübə proqramı

Korporativ menecer təcrübə proqramı

Düşüncə Academy MMC

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Korporativ menecer təcrübə proqramı vakansiyaları üçün bura daxil olun.

Elan № 16241

Korporativ menecer təcrübə proqramı vakansiyaları

Korporativ menecer təcrübə proqramı vakansiyaları

12 Yanvar

Elan tarixi

21 Fevral

Bitmə tarixi

1753

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

1 ildən az

İş stajı

Təcrübəçi

İş rejimi

Marketinq

Sahə

İş barədə məlumat

Azərbaycanda Amerika yatırım mədəniyyətini və maliyyə savadlılığını ölkəmizə gətirən Düşüncə Academy MMC Korporativ münasibətlər üzrə menecer təcrübə proqramı elan edir. Təcrübə proqramı 2 ay müddətində nəzərdə tutulub. 

Təcrübə proqramları adətən tələbələrə məzun olmadan əvvəl seçdikləri sahələr üzrə təcrübə qazanmaq imkanları vermək üçün nəzərdə tutulur.Tələbə dəyərli öyrənmə təcrübəsi qazanır və təşkilat tam zamanlı məşğulluq təklifi verməzdən əvvəl təcrübəçinin fəaliyyətini müşahidə etmək şansından faydalanır.

Düşüncə Academy MMC-nin missiyası, istedadlı tələbə gənclərin işsizliyi problemini həll edib,onlara gələcəyi böyük innovativ startuplarımızda işçi kimi yox öz işi kimi təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Qeyd edək ki Düşüncə Academy komandasının böyük hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Korporativ menecer üzrə təcrübəçi nə iş görür?

  • Potensial yeni korporativ müştərilərin müəyyən olunması və görüşlərin təyin edilməsi;
  • Təhsil və başqa müəssisələrə səfərlərin edilməsi tədbirlərin və görüşlərin təşkili;
  • Mövcud xidməti korporativ əməkdaşlıqlar quraraq təqdim etmə.
  • Yeni tərəfdaşlıq üçün dövlət qurumları və özəl təşkilatlarla kommunikasiyanın qurulması
  • Qurumlarla işgüzar görüşlərin keçirilməsi
  • Tərəfdaşlıq üçün layihələrin və təqdimatların hazırlanması
  • Tərəfdaşlarla layihələrin icra prosesini izləmək
  • Şirkətin effektiv networking sisteminin qurulması.
  • Mövcud partnyorlarla koorporativ görüşlərin və ünsiyyətin təmin olunması;
  • Potensial müştərilər və seqmentlər üzrə təhlilin aparılması;
  • Korporativ müştərilərə xidmət və biznes təklifi təqdim etmək;
  • Daxili CRM sistemi ilə işləmək və korporativ müştərilərin məlumat bazasının doldurulması;
  • Korporativ müştərilərlə müqavilələrin bağlanması;
  • Korporativ e-mail və yazışmaların həyata keçirilməsi;
  • Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
  • Dövri hesabatların hazırlanması və təhlili;
  • İnzibati tapşırıqların icra olunması və ya koordinasiyası;
  • Qarşıya qoyulan hədəflərin həyata keçirilməsi;
  • Ehtiyac olduqda Akt və Protokol kimi sənədlərin tərtibi.
  • Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi;

NAMİZƏDƏ TƏLƏBLƏR

Tələb olunan keyfiyyətlər:

  • Azərbaycan, rus dilində mükəmməl, səlis yazılı və şifahi bilmək, ingilis dili yaxşı;
  • İşgüzar danışıqlarda, maliyyə və bank sahəsində azı 1 illlik təcrübə (arzuolunan)
  • Biznesin idarə edilməsi, iqtisadiyyat, idarəetmə, Marketinq, menecment və ya oxşar sahə üzrə ali təhsil (arzuolunan);
  • MS Office (Excel, Word, PowerPoint) proqramlarını yüksək səviyyədə və tam sərbəst bilmək;
  • İnternet axtarış sistemlərindən sərbəst istifadə;
  • Gözəl danışıq qabiliyyəti, işində səliqəli, məsuliyyətli və dəqiq;
  • Peşəkar xoş xarici görünüş, koorporativ etikanı bilməli;
  • Komandada işləmək, Kommunikasiya və ünsiyyət bacarıqları;
  • Analitik yanaşma və təhlil;
  • Problem həll etmə bacarıqları;
  • Təqdimat bacarıqları;
  • Vaxt idarəetmə bacarıqları;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Yüksək səviyyədə motivasiya və həvəsli olma, eləcə də sürətlə oyrənmə bacarığı; 

Bazar ertəsi – Cümə: Iş qrafiki sərbəstdir.

Zəhmət olmasa CV-nizi mövzu hissəsində "Korporativ menecer üzrə təcrübəçi” qeyd etməklə dusuncetedrismerkezi@gmail.com e-mail ünvanına göndərəsiniz.Qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 16241

Korporativ menecer təcrübə proqramı vakansiyaları

Korporativ menecer təcrübə proqramı vakansiyaları

12 Yanvar

Elan tarixi

21 Fevral

Bitmə tarixi

1753

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"