Frontend proqramçı

Frontend proqramçı

500 - 1500 AZN
İş barədə məlumat

Alman şirkətinin proyektinə təcrübəçi (Intern) developer axtarılır. Layihə zipmend GmbH şirkətinə məxsusdur. Zipmend yükdaşıma xidməti göstərən start-updır. Tədbiqlərimiz yükgöndərənləri, yükdaşıyanları və sürücüləri bir araya toplayır.



Əgər siz də, bizim kimi, kod yazmaqdan həzz alırsınızsa, öz teoretik biliklərinizi praktiki işlə möhkəmlətmək azrusundasınızsa və işləyərək yeni biliklərə və təcrübəyə sahib olmağa hər an hazırsınızsa, onda siz bizim axtardığımız namizədsiniz. Təcrübə proqramı ödənişlidir. Əmək haqqı müsahibə əsasında namizədin bilik və təcrübəsinə əsasən təyin ediləcəkdir. Iş qrafiki: Bazar ertəsi – Cümə 09:00 – 18:00 (1 saat nahar fasiləsi daxildir).

Namizəd üçün tələblər
  • Ali təhsil (İnformatika, Software Engineering, və ya yaxud diqər kompüter elmlərinə uygun olan ixtisas)
  • Ingilis dili. Seçilən namizəd gündəlik SCRUM görüşlərində iştirak edəcək, və ən azından orada danışılan mövzuyu anlayacaq səviyyədə ingilis dilinə sahib olmalıdır. Başqa dil bilikləri tələb olunmur.
  • PHP, JavaScript, HTML, CSS
  • Git-lə işləmək bacarığı
  • Laravel, VueJS, REST API, MongoDB bilikləri arzuolunandır

Müraciət etmək üçün müvafiq sənədlər tələb olunur:

  • CV
  • Müşaiyət məktubu (Cover letter). Məktubu, istədiyinizə görə, azərbaycan, rus və yaxud ingilis dilində yaza bilərsiz. Məktubun məqsədi dil biliyizi yoxlamaq deyil.
  • Universitetdən qiymət vərəqinin surəti (Transkript)
  • Hər hansısa arayış (reference) və yaxud sertifikatınız varsa, əlavə edə bilərsiz









Müraciyəitinizi [email protected] emailinə göndərin.

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.

hellojobaz

Oxşar Vakansiyalar

Укажите причину жалобы на вакансию "Курьер"