İnşaat Meneceri

İnşaat Meneceri is elani

Vaxtı bitmiş

Ə/h razılaşma ilə

Diqqət! Bu elanın vaxtı bitib. İnşaat Meneceri vakansiyaları üçün bura daxil olun.

Elan № 109

İnşaat Meneceri vakansiyaları

İnşaat Meneceri vakansiyaları

06 May 2019

Elan tarixi

05 İyun 2019

Bitmə tarixi

684

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Ə/h razılaşma ilə

Əmək haqqı AZN

Tam-ştat

İş rejimi

Digər

Kateqoriya

İş barədə məlumat

Vəzifə öhdəlikləri:

- İnşaat prosesinin təşkili və aparılması; İnşaat sahəsində bütün növ işlərin layihəyə, təhlükəsizlik qaydalarına, tikinti standardlarına, texniki spesifikasiyaya tam uyğun aparılmasına nəzarət etmək.
- İnşaat işlərinin gedişatına, təşkilinə və keyfiyyətinə nəzarət etmək; gündəlik iş tərəqqisini nəzərdən keçirmək və hesabat hazırlamaqla rəhbərliyi məlumatlandırmaq; İnşaat işlərində və sahədə işçilərə olan tələbatı müəyyən etmək;
- İşin yerinə yetirilməsində Risklərin Qiymətləndirilməsi və təhlükəsiz iş metodunun hazırlanması.
- Layihədə dəyişikliklər və ya hər hansı razılaşma, rəhbərliyin təlimatları barədə layihəçi-memarlarla, texniki nəzarətçilərlə, subpodratçılarla, təchizatçılarla müzakirələr aparmaq;
- Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir. Subpodratçıların tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir. Subpodrat təşkilatlar üçün iş sahəsi hazırlayır, işlərinə nəzarət edir və onlardan görülmüş işin qəbul olunmasında iştirak edir;
- İşlərin yerinə yetirilməsi məqsədi ilə tabelikdə olan struktur bölmələrə və ya işçilərə rəhbərlik edir;
- Tikinti sahəsində olan zərərləri, hadisələri, gecikmələri araşdırmaq, koordinasiya etmək və bunlara qarşı düzgün tədbirlərin görülməsini təmin etmək;
- Təhlükəsizlik və ətraf mühitin qorunması standartlarının tələblərinə əməl etmək, daxili əmək intizamı qaydalarını, əməyin təşkilinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl etmək.

Namizədə olan tələblər:

- İnşaat sahəsində Ali təhsil;
- İnşaat Meneceri olaraq Beynəlxalq tikinti layihələrində ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (yüksək mərtəbəli binalarının tikintisində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
- Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılma qaydalarını bilməli (müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri bilən namizədlərə üstünlük veriləcək);
- MS office AutoCAD, ArchiCAD proqramlarını əla səviyyədə bilməli (əlavə olaraq 3D Max, Corel Draw, Tekla proqramlarını bilən namizədlərə üstünlük veriləcək);
- Azərbaycan və rus əla səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük veriləcək);
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Analiz və idarəetmə bacarığı.

Digər tələb və şərtlər:

- Yaş həddi: 30-50
- Əmək haqqı 2000-3000 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “İnşaat meneceri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

NamİZƏDƏ TƏLƏBLƏR


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 109

İnşaat Meneceri vakansiyaları

İnşaat Meneceri vakansiyaları

06 May 2019

Elan tarixi

05 İyun 2019

Bitmə tarixi

684

Baxılıb

İnşaat Meneceri vakansiyaları
Seçilmişlərə əlavə et

Укажите причину жалобы на вакансию "Курьер"