Back end üzrə proqramçı

Back end üzrə proqramçı is elani

Vaxtı bitmiş

Ə/h razılaşma ilə

Diqqət! Bu elanın vaxtı bitib. Back end üzrə proqramçı vakansiyaları üçün bura daxil olun.

Elan № 1058

Back end üzrə proqramçı vakansiyaları

Back end üzrə proqramçı vakansiyaları

22 Aprel 2020

Elan tarixi

22 May 2020

Bitmə tarixi

788

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Ə/h razılaşma ilə

Əmək haqqı AZN

Tam-ştat

İş rejimi

Texnologiya

Sahə

Digər

Kateqoriya

İş barədə məlumat

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat

Namizədin vəzifə öhdəlikləri:

• Proqram təminatının hazırlanma və tətbiq məntiqini anlayaraq alqoritmlərinin yaradılması;
• Proqram təminatının tətbiqi üçün hazırlanmış “Texniki sənədləri”n tətbiq edilməsi;
• Proqram təminatının kodlarının təyin edilmiş standartlara (Code Convention) və müasir tələblərə cavab verən təkrar tətbiq və istifadə edilə biləcək şəkildə yazılması;
• Yeni servis, proses və məhsulların sıfırdan yaradılması;
• Mövcud servis, proses, məhsullarla işləyərək onların funksionallıqlarında və kodlarında düzəlişlər, dəyişikliklər və ya optimallaşdırmaların həyata keçirilməsi;
• Proqram təminatında çıxan xətaları kod səviyyəsində analiz edərək xətaların aradan qaldırılması;
• Yeni yazılan servis, proses və məhsulları mövcud servis, proses, məhsullar və aidiyyati sistemlər ilə inteqrasiyasının təmin edilməsi.

Namizədə olan texniki tələblər:

Qeyd olunan istiqamətlər üzrə yüksək bilik və peşəkar təcrübəyə sahib olmalıdır:

• OOP prinsipləri
• Verilənlərin Strukturlaşdırılması və Alqoritmlər (DATA Structures and Algorithms)
• XML
• JSON
• REST, DATA Service, Web servislərinin yaradılması və inteqrasiyaların həyata keçirilməsi;
• IBM Integration Bus üzrə biliklərə sahib olması arzuolunandır;

Namizədə olan digər tələblər:

• 2 ildən artıq iş təcrübəsi (aidiyyati sahə üzrə - Bank və ya digər oxşar maliyyə müəssisələrində aidiyyati vəzifə üzrə təcrübənin olması arzuolunandır);
• Yüksək səviyyəli analitik bacarıqlar;
• Yeni trend və texnologiyalardan məlumatlı olmaq;
• Komandada işləmək bacarığı;
• Agile İdarəetmə Metodologiyaları ilə idarəetmə və ya Agile iş prinsipi ilə fəaliyyət göstərən komandalarla xüsusilə Scrum komandalar ilə iş bacarığı arzuolunandır;
• Dil bilikləri
o Azərbaycan dili,
o İngilis dili (Texniki mətnləri oxuyub anlaya bilmək və sistemləri istifadə edə bilmək üçün ən azı başlanğıc biliklərə sahib olmalıdır);
o Rus dili arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 aprel 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Back end üzrə proqramçı (İT departament)” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az

NamİZƏDƏ TƏLƏBLƏR


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 1058

Back end üzrə proqramçı vakansiyaları

Back end üzrə proqramçı vakansiyaları

22 Aprel 2020

Elan tarixi

22 May 2020

Bitmə tarixi

788

Baxılıb

Back end üzrə proqramçı vakansiyaları
Seçilmişlərə əlavə et

Укажите причину жалобы на вакансию "Курьер"